Şənbə , Sentyabr 19 2026
azfa

Urmiya gölünün son durumunu əks etdirən peykdən çəkilən foto yayıldı

GADTB: İran hökumətinin Urmiya gölünün bərpa layihəsi çərçivəsində tədbirlər gördüyü və bəndlərdən gölə su buraxılması ilə bağlı iddialarını təkzib edən gölün peykdən çəkilən yeni fotosu yayılıb.

Fotoda gölün ən dayaz hissəsində nisbi canlanma olduğu, bunun isə hər il payız və qış aylarında mövsümi yağıntılar nəticəsində baş verdiyi qeyd olunub.

Qeyd edək ki, Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 5%-ni təşkil edir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …