Bazar , Oktyabr 18 2026
azfa

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin susuz olduğunu göstərir.

Ən son peyk görüntülərində Urmiya gölünün mərkəzindən cənuba doğru suyun səviyyəsinin bir az su ilə dolu, lakin rejimin tikdiyi körpüdən yəni mərkəzdən şimala doğru sulu olmadığı və gölün şimal hissəsinin tamamilə quru olması aydın görünür.

Bu il yağışlar cənub bölgəsində daha çox olub və bu da gölün su ilə dolmasına səbəb olub.

Bu görüntülər həmçinin göstərir ki, körpünün qeyri-standart tikilməsi suyun axımına mənfi təsir edib və gölü qurudan amillərdən biridir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …