Cümə , Aprel 26 2024
azfa

Urmiya gölünün suyunun səthi keçən ilə nisbət 23 sm azalıb

GADTB-nin mətbuat mərkəzinin məlumatına görə Urmiya Gölünün Bərpa Qərargahının planlaşdırma ofisinin müdiri Məsud Təcrişi Urmiya gölünün suyunun səthinin aşağı düşməsi barədə məlumat verib. O deyib ki, keçən ilə görə suyun səthi 23 sm aşağı düşüb, lakin 2015-ci ildən hələ də yüksədədir. Belə vəziyyətin yaranması yağıntının azalması və həvanın hərarətinin yüksək olması, eləcə də gölə suyun buraxılması üçün lazımi maliyyə mənbələrinin olmaması ilə əlaqədar işlərin geri düşməsidir.

Qeyd edək ki, Ruhani hakimiyyəti Azərbaycan türklərinə gölün bərpası ilə bağlı söz versə də, öz sözünü tutmayıb və gölün qurtarılması ilə bağlı işlər dayandırılıb. Xüsusilə gölün bərpa işləri üçün maliyyə ayrılmır. Ona görə də gölün vəziyyəti daha da pisləşib. Azərbaycan türklərinin etirazları nəticəsində Urmiyadan olan millət vəkili Nadir Qazipur və başqa azərbaycanlı millət vəkillərinin təşəbbüsü ilə İran adlanan ölkənin prezidenti H.Ruhaniyə müraciət edilib. Lakin bir sıra islahatçı millət vəkilləri müraciəti imzalamaqdan imtina ediblər.

Bu gün Fars Xəbər Agentliyinə müsahibə verən Təbriz, Azərşəhr və Üsküdən olan millət vəkili Məsud Pezeşkian da məsələnin kəskin gündəmə gətirilməsinin əleyhinə çıxaraq, Urmiya gölünün qurudulmasını bir növ arxa plana çəkməyə cəhd göstərib.

Azərbaycanlı faəllar isə Urmiya gölünün qurudulmasının İran dövləti tərəfindən türklərə qarşı qəsdən törədildiyini bildirirlər. Onlar sübut və dillərlərlə bildirilər ki, İran rejimi qəsdən gölə tökülən sədlərinin hər birinin qarşısında çoxsaylı bəndlər tikib və gölə suyun axıdılmasına mane olur. Nəticədə Urmiya gölü quruyur və Azərbaycan ərazisi isə duz fırtınaları nəticəsində xarabalığa çevrilir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …