Cümə axşamı , Oktyabr 22 2026
azfa

Urmiya şəhərində Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yayılıb

Azərbaycanlı milli-mədəni fəallar bu dəfə üzərində Urmiya gölünün görüntüsü olmaqla “Bizi çağırır, səsini eşidirsən? Deyir: susuzam” şüarı yazılmış posterlər yayıblar.

Urmiya, Təbriz, Ərdəbil, Qoşaçay, Sulduz, Tikantəpə və s. Güney Azərbaycan şəhərlərində belə aksiyalar davam edir.

Azərbaycanlı fəallar son günlərdə davamlı olaraq divarlara Urmiya gölünün qrafiti olmaqla “Bu qan yerdə qalmayacaq”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir” və s. şüarlar yazmaqla İranın irqçi fars-molla rejiminə Urmiya gölünü qurudub, Güney Azərbaycanı məhvetmə prosesinə davam etməsinə görə xəbərdarlıq ediblər.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub və azərbaycanlı fəalların etirazından sonra isə gölün bərpasına söz versə də, sözünü tutmayıb. Əksinə rejim körfəzdən farsların yaşadığı səhralıqlara milyardlar xərcləməklə su çəkir.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …