Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Urmiya və Zənganda Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəngan və Urmiyada İranın irqçi fars rejimi tərəfindən Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçirilib.

Zənganda azərbaycanlı milli-mədəni fəallar Urmiya gölü ilə bağlı posterlər hazırlayıb və yayıblar.

Azərbaycanlı fəalların hazırlayıb yaydığı posterlərdə “Urmu gölünün quruması dünyada iqlim dəyişikliyinə səbəb olacaq” cümləsi yazılmaqla gölü quruduan və gölün qurudulmasına etinasız yanaşanlara xəbərdarlıq edilmişdir.

Qeyd edək ki, irqçi fars rejim qəsdən Urmiya gölünə axan çayların qarşısında bənd tikməklə gölü qurudub. Əhalinin etirtazından sonra isə gölün bərpasına söz versə də, öz sözünü tutmayıb və əksinə farsların ərazisində çöllərə Xəzər və Körfəzdən yüksək büdcə ilə su çəkib.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …