GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhər həbsxanasında cəza çəkən 800-dən çox məhbus açıq məktub yazaraq həbsxana rəisi Peyman Xanzadənin zülmündən intihar hallarının artmasına toxunaraq, onun işdən çıxarılmasını tələb ediblər.
Məlumata görə, onlar həbsxana rəhbəri Peyman Zanzadənin məhbuslara və ailələrinə qarşı amansızlığınndan söz açıb, bu səbəbdən bir neçə məhbusun intihara əl atdığını bildiriblər.
Məktubun əvvəlində məhbuslar yazıblar: “Həbsxana rəhbəri Xanzadə bizə problem yaratmaqla yanaşı, ailələrimiz ilə də prinsip aparır!”.
Məkub müəllifləri hüquq müdafiə təşkilatlarından yardım istəyib, aidiyyəti dövlət qurumlarından Peyman Xanzadənin həbsxana rəhbərliyindən uzaqlaşdırılmasını istəyiblər.