Cümə axşamı , Oktyabr 22 2026
azfa

Urmiyada azərbaycanlı şair Əli Nişaninin dəfn mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Urmiyanın Rizvan bağında Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı şair Əli Nişaninin dəfn mərasimi keçirilib.

Mərasimdə mərhum şairin ailə üzvləri, ədəbiyyatsevərlər, şair və yazıçılar, eləcə də jurnalistlər və çox sayda azərbaycanlı fəal iştirak edib.

Mərasimdə çıxış edən şair, yazıçı, tədqiqatçı və Yaz nəşriyyatının direktoru Bəhram Əsədi, eləcə də Qərbi Azərbaycanda ədəbiyyat aləminin öncüllərindən Həmid Vahidi şairin ailəsi, yaxınları və ədəbiyyatsevərlərə başsağlığı verməklə mərhum şairi sayğı ilə anıblar.

Qeyd edək ki, azərbaycanlı şair Əli Nişani yanvarın 3-də 96 yaşında Urmiyada vəfat edib.

O, 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olmuşdu. O, 1933-cü ildə ailəsi ilə birgə Güney Azərbaycanın Urmiya şəhərinə mühacirət etmək məcburiyyətində qalmışdı.

O, gənc yaşlarında siyasi və mədəni fəaliyyətlərinə görə Tehran hökuməti tərəfindən Loristan və Yəzd əyalətlərinə sürgün edilmişdi.

Yeniyetmə yaşlarından ədəbi yaradıcılıqla məşğul olan şairin əsərləri 1945-46-cı illərdə Cənubi Azərbaycan Milli Hökumətinin media orqanlarından olan “Vətən yolunda” qəzeti və Şairlər Məclisinin almanaxlarında nəşr edilmişdi.

Əli Nişaninin “Bağban qızı”, “Gəl gedək bəndə” və s. şeirlərinə mahnılar da bəstələnib.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …