
GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası”nda azərbaycanlı azarkeşlər milli şüarlar səsləndiriblər.
“Türk dilində mədrəsə olmalıdır hər kəsə!” şüarından “Azərbaycan şərəfdir…” hayqırtısına qədər azarkeşlərin səsləri “Durnalar Yuvası”nın salonunda əks-səda verib. Bu şüarlar ana dilində təhsil tələbini, Azərbaycana sevgini və milli kimliyə bağlılığı əks etdirir.
Azarkeşlər həmçinin “Təbriz həmən Urmudur, hammı Traktorçudu!” şüarını səsləndiriblər.
Təbrizlə yanaşı, Urmiya da açıq birlik və həmrəylik mesajı verib. Söhbət Təbrizdən və Traktordan gedəndə Urmiya və Azərbaycanın digər şəhərlərindəki azarkeşlər də bu bağlılıqdan böyük coşqu və duyğularla danışırlar.
Azərbaycan müxtəlif səslərə, lakin dərin köklərə bağlı ortaq dəyərlərə malikdir. Təbriz tək deyil!
“Durnalar Yuvası” bir daha göstərib ki, azarkeşlər üçün idman yalnız rəqabət deyil, həm də tələbləri ifadə etmək və milli kimliyi nümayiş etdirmək üçün tribunadır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi