Cümə , Oktyabr 23 2026
azfa

Urmuiya gölünün qurudulmasının nəticəsi: Şərqi Azərbaycanın 3 aylıq içməli su ehtiyatı qalıb

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, türk düşməni olan İran adlanan ölkənin qəsdən Urmiya gölünü qurutması Güney Azərbaycanda ekoloji fəlakətə yol açıb. Nəticədə iqlim dəyişikliyi baş berib və duz qasırğalarının yaranmasından əlavə Urmiya gölü və ətrafında yağıntılar kəskin azalıb. Bunun da nəticəsində qış fəslinin olmasına baxmayaraq, Şərqi Azərbaycan vilayətində kəskin içməli su qıtlığı yaranıb.

“Yolpres”in verdiyi məlumata görə, Şərqi Azərbaycanın Su Şirkətinin rəis müavini Müctəba Cəlilzadə bu barədə deyib ki, Şərqi Azərbaycanın su ehtiyatı göstərir ki, bu vilayətdə yağıntıların azalması nəticəsində yalnız gələn 3 aya çatacaq su ehtiyatı qalıb.

Cəlilzadə deyib ki, təəssüflə Şərqi Azərbaycanın havası hazırda qış fəslində olmağmıza baxmayaraq, Əhvazın havası kimi isti keçir. Heç bir vilayətdə vəziyyət və iqlim Şərqi Azərbaycanda olduğu kimi dəyişməyib. Əhərdə hətta yayda əhalinin içməli su ilə təminində problem yaranmışdı.

Qeyd edək ki, bütün bu arzuolunmaz hallar və ekoloji fəlakət irqçi fars rejiminin Azərbaycanı xarabaya çevirib, Azərbaycan türklərini farslaşdırmaya planının nıəticəsidir.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın