Cümə axşamı , Avqust 27 2026
azfa

ABŞ vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırsa da, İran Qarabağa turist cəlb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağır. Lakin özünü müsəlmanların hamisi qələmə verən İran adlanan ölkənin onlarla saytı Azərbayvcanın işğal olunmuş ərazisini müstəqil dövlət kimi qələmə verib, beynəlxalq qanunları pozaraq, Dağlıq Qarabağa turist səfərlərini təbliğ edir.

ABŞ Dövlət Departamenti isə amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: “Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb”.

Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.

Azərbaycan 2-ci qrupa – səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib.

Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır. İranda isə Dağlıq Qarabağa rəsmən turist turları təbliğ edilir.

Həmçinin yoxlayın

Molla rejimi Cəbrayıl Pakruhu səhhətinin ağır vəziyyətdə olmasına və xəstəxanada yatmasına baxmayaraq həbsxanaya çağırıb

GADTB: Azərbaycanlı fəal Cəbrayıl Pakruh miyasteniya qravis (MG) xəstəliyi səbəbindən Təbrizdəki Razi Xəstəxanasının nevrologiya şöbəsində …

ABŞ Enerji naziri Kris Rayt: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi variant gündəmdən çıxarılmayıb

GADTB: ABŞ Enerji naziri Kris Rayt bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq …

Bir cavab yazın