Bazar , Oktyabr 25 2026
azfa

Xəzərin hüquqi statusunun icrası ilə bağlı ekspert şurası yaradılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın həyata keçirilməsi üçün Ekspert şurası cari ilin noyabr ayına qədər yaradıla bilər.

Report xəbər verir ki, bunu Moskvada keçirilən Xəzər sammitinin yekunları və regionun inkişaf perspektivləri barədə dəyirmi masadan sonra Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

Beşinci Xəzər sammiti avqustun 12-də Aktauda keçirilib. Yekunda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalayıblar.

“Mən, xüsusi nümayəndə kimi, Konvensiyanın yerinə yetirilməsi, onun ratifikasiyasının monitorinqi və bu məsələnin sürətləndirilməsi baxımından ekspert şurasını gücləndirməyə çalışacağam.

Xəzəryanı dövlətlərin deputatlarını bir araya toplamaq və Xəzər Parlamentlərarası Assambleyasının yaradılması məsələsini qaldırmaq məqsədəuyğun olardı. Bizim Rusiya Elmlər Akademiyası, MDBMİ və Şərqşünaslıq İnstitutunda birgə işlədiyimiz çox yaxşı ekspertlərimiz var. Onların diqqətini Konvensiyaya və onun ratifikasiyasına cəlb etmək lazımdır. Düşünürəm ki, sentyabr-oktyabrda şura yaradıla bilər”, – deyə o bildirib.

Abdulatipov qeyd edib ki, Xəzəryanı dövlətlərin əməkdaşlığında humanitar əməkdaşlıq üçün böyük potensial var.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın