Cümə , Dekabr 27 2024
azfa

Xankəndidə “Qarabağ” komandası qalib gəldi

GADTB: Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ”-MOİK oyunu “Köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə tarixi matçda yeganə qolun müəllifi olub.

Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar.

Komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar.

“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.

Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.

Baş məşqçi: Qurban Qurbanov.

MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.

Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.

Baş məşqçi: Qəzənfər Abbasov.

Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyunu başladı.

 “Qarabağ”-MOİK matçının 29-cu dəqiqəsində “Köhlən atlar” hesabı açsa da, qol oyundan kənardan vurulduğu üçün qeydə alınmayıb.

 “Qarabağ”-MOİK matçında ilk hissə başa çatdı. Futbolçular paltardəyişmə otağına yollandılar.

 “Qarabağ”-MOİK oyununda ikinci hissənin start fiti səsləndi.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.

Həmçinin yoxlayın

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …

Mühacir kürdlər Qotur şəhərinin girişinin tablusunda şəhərin adını dəyişməyə cəhd ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlər Güney Azərbaycanın Qotur şəhərinin giriş tablosunu …