GADTB-nin Mətbuat Mərkəzinin Azərbaycan milli-mədəni fəalların xəbər teleqram kanalına istinadən yaydığı məlumata görə, Xoy şəhərinin türk fəalları şəhərin müxtəlif yerlərinə azərbaycanlı siyasi məhbuslar Siyamək Mirzai, Lətif Həsəni və Nasir Xülusinin azadlığı tələb edilən afişalar asıblar.
Qeyd edək ki, Güney Azərbaycandan olan adları çəkilən türk fəallar Azərbaycan millətinin hüquqlarını müdafiə etdiklərinə görə İran adlanan ölkə onları həbs etmişdir.