GADTB: Xoy zəlzələsindən 10 gün keçsə də, evsiz-eşiksiz qalan azərbaycanlılar hələ də çadır almaq üçün növbə gözləyirlər.
Görünür, İran höküməti xoyluların payına düşən çadırları Suriyaya göndərib…
Qeyd edək ki, bir neçə gün əvvəl yerli kanalların birinə müsahibə verən Xoy şəhərinin qubernatoru Zəbihullah Kazemi üzü qızarmadan büdcədən zəlzələdən zərər çəkənlərə ayrılan pulların hara xərcləndiyini açıqlayıb:
“Biz zəlzələdən zərər çəkənlərə ayrılan pulları Xoyda ziyarətgahların abadlaşdırılması üçün xərclədik. İnşallah, növbəti zəlzələ olsa, vətəndaşlara kompensasiya edəcəyik!”