Şənbə , İyun 13 2026
azfa

Yunanıstan Türkiyə ilə yeni böhrana səbəb oldu

GADTB: Yunanıstan Xarici İşlər Nazirliyinin Egey və İon dənizində iki yeni dəniz parkı elan edəcəyini açıqlaması Ankara ilə Afina arasında yenidən gərginliyə səbəb olub.

Məsələ ilə bağlı rəsmi Ankara Yunanıstana sərt reaksiya versə də, Afinadan da cavab gecikməyib.

Rəsmi Ankara bəyanatında Yunanıstanın ekoloji problemlərində sui-istifadə etdiyini vurğulayıb:

“Yunanıstanın uzun müddətdir ki, Egey problemləri kontekstində demək olar ki, hər platformadan faydalanmağa çalışdığı məlumdur. Yunanıstan-Türkiyə münasibətlərində son yumşalmalara baxmayaraq, görünən odur ki, Afina bu dəfə ekoloji problemlərdən sui-istifadə edir. Yunanıstana tövsiyə edirik ki, Egey dənizindəki problemlərdən və beynəlxalq qanunlar çərçivəsində onlara aid olmayan ada və qayaların statusu ilə bağlı məsələlərdən öz gündəmi çərçivəsində istifadə etməsinlər. Bununla yanaşı, AB daxil olmaqla, üçüncü tərəflərə xəbərdarlıq etmək istərdik ki, Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi addımları üçün alətə çevrilməsinlər”.

Rəsmi Afina isə Türkiyə tərəfinin bəyanatını təkzib edib:

“Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı ekoloji məsələni tamamilə siyasiləşdirir. Yunanıstan hökuməti xarici siyasət prinsipləri çərçivəsində ölkənin suverenliyini və suveren hüquqlarını hərtərəfli dəstəkləməyə davam edəcək. Məsələ ilə bağlı tədbirlər planı artıq hazırlanıb və yalnız ətraf mühitin qorunmasına yönəlib. Türkiyə ilə müzakirə etməli olduğumuz yeganə mövzu, beynəlxalq hüquq səviyyəsində həll olunacağına ümid etdiyimiz kontinental şelfin müəyyən edilməsidir”.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …