Çərşənbə , İyun 10 2026
azfa

Yunanıstanın irqçi mövqe sərgiləyib türk məktəblərini bağlaması Türkiyənin etitrazı ilə qarşılaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstanın irqçi mövqe sərgiləyərək Qərbi Trakiyada türk məktəblərini bağlaması Türkiyənin etitrazı ilə qarşılaşıb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Yunanıstanın Qərbi Trakiyada türk azlıqlara aid 4 məktəbi bağlamasına dair qərarını şərh edərkən deyib ki, Yunanların qərarları Qərbi Trakyadakı soydaşlarımıza qarşı illərdir hər sahədə həyata keçirilən ayrı-seçkilik və təzyiq siyasətinin təhsil sahəsindəki göstəricisidir.

Yunanıstanı azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son qoymağa çağıran Bilgiç Afinanın tələblərə məhəl qoymadığını, hətta uşaqların təhsil hüquqlarını belə pozduğunu bəyan edib.

Həmçinin yoxlayın

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …