Şənbə , Oktyabr 17 2026
azfa

Yürüş Mehrəlibiyli həbs edilən bu yana ailəsi ilə qısa telefon əlaəsi saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı nilli fəal Yürüş Mehrəlibiyli dünən saat 18:00-da ailəsi ilə qısa telefon əlaəsi saxlayıb.

Yürüş Mehrəlibiylinin yaxınları bu tanınmış azərbaycanlı milli fəalın qısa zəngdə ailəsinin və övladlarının vəziyyəti ilə maraqlanmaq üçün yeganə imkanın olduğunu bildiriblər. Təxminən 1 dəqiqə sonra telefon əlaqəsi kəsilib və ailəsi onun vəziyyəti ilə bağlı heç bir məlumat ala bilməyib.

Həmçinin, cənab Yürüş Mehrəlibiyli ailəsi dünən iş saatlarında Təbriz rejimin Prokurorluğunun 15-ci şöbəsinə müraciət edərək, onun vəziyyəti və həbsinin səbəbləri ilə maraqlanıb.

cənab Yürüş Mehrəlibiyli həbsindən iki gün əvvəl qeydə alınan audio faylda elan etmişdi: “Mən hazırda əqli, fiziki və sağlıq cəhətdən sağlamam və həbs olunsam, həbs olunduğum müddətdə başıma gələn hər şeyə görə hökumət məsuliyyət daşıyacaq.”

Qeyd edək ki, noyabrın 7-i axşam saatlarında rejimin məmurları milli fəalı həbs edərək naməlum yerə aparmışlar.

Azərbaycanlı fəal Yürüş Mehrəlibəyli bundan əvvəl dinc milli fəaliyyətlərinə görə həbs edilib və hətta bir neçə il həbsdə qalıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …