GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin Zəncan bölməsinin işçiləri etiraz aksiyası keçiriblər.
Azərbaycanlı işçilər əmək haqlarının az olmasına, maaşlarının ödənilməməsinə və qanunla nəzərdə tutulan başqa hüquqlarının pozulmasına etiraz ediblər.
Zəncanda Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşan işçilər əllərində hüquqları və tələblərini əks etdirən plakatlar qaldırıblar.
Plakatlarda nazirliyin Tehranla əyalət işçiləri arasında ayrı-seçkilik etdiyi və əmək haqları arasında fərq olduğunu əks etdirən şüarlar yazılıb.