Çərşənbə axşamı , May 14 2024
azfa

Zənganda 48 mədənin itismarı əhaliyə ancaq əlavə problemlər yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Zəngan bölgəsinin də mədənlərini talamaqla məşğuldur.

Zəngan əyalətinin İslami Şurasının sədri İskəndər Abidini məsələyə etiraf edərək, deyib ki, Zəngan əyalətinin Mahnişan (Manişan) bölgəsində fəaliyyət göstərən 48 mədən bölgə əhalisi üçün yalnız əlavə problemlər yaradır və ətraf mühiti çirkləyir.

Abidini İRNA Xəbər Agentliyinə müsahibəsində bu barədə deyib “Mahnişan bölgəsinin ərazilərinin 52%-i mədənlərlə zəngindir. Hazırda burada 4 mədən fəaliyyət göstərir. Ancaq bu mədənlərdə hasilat fəaliyyəti bölgə əhalisi üçün yaxşı heç nə gətirməyib”.

Abidini qeyd edib ki, mədənlərin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərərin bərpası üçün gəlirlərdən pay ayrılmalı olduğu halda, bu günə kimi bu, yerinə yetirilməyib.

Qeyd edək ki, Azərbaycanın Zəngan əyaləti bir çox mədənlərlə, o cümlədən qızıl, qurğuşun və sink mədənləri ilə məşhurdur.

Zənganın “Ənquran” qurğuşun və sink mədəni Orta Doğunun bu qəbildən olan ən böyük mədənləri sayılır və 70 ildən çoxdur ki, buradan istixrac olunan faydalı qazıntılar İranın mərkəzi əyalətlərinə daşınır.

Bundan öncə Mahnişan şəhərinin keçmiş bələdiyyə başçısı Mənsur Məlikinejad da duruma etiraz edib.

O, Zəngan mədənlərinin talandığını, bunun yerli əhaliyə heç bir xeyrinin olmadığını bildirib.

“Bölgə dünyanın yeddinci, Orta Doğunun isə birinci ən böyük qurğuşun və sink mədənlərinə malik olmasına baxmayaraq, buradan əldə edilən gəlirlər Kirman və İsfahan şəhərlərinin bələdiyyələrinin xəzinəsinə axıdılır.

Mahnişan əhalisinin başı isə yenə də papaqsız qalır”-deyə, Məlikinejad zənganlıların öz sərvətlərindən pay əldə edə bilməmələrinə etiraz edib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı sinfi fəal Əli Hacıya yeni iş açıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran Təhsil Nazirliyinin İnzibati Pozuntular şöbəsi azərbaycanlı sinfi …

ABŞ-da “Türk Günü Yürüşü” keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-da 41-ci “Türk Günü Yürüşü” keçiriləcək. Tədbir 17-18 …