Cümə axşamı , İyun 25 2026
azfa

Əlirza Fərşi İranın kiber polisinə çqağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin kiber polisi Azərbaycan milli hərəkatının fəalı Əlirza Fərşi dünən Güney Azərbaycanın Mərənd şəhərində polis idarəsinə çağırılıb.

Mərənd şəhərində rejimin kiber polisi Əlirza Fərşiyə zəng edərək ondan Mərənd kəşfiyyat polisində Rastinin işlədiyi şöbəyə müraciət etsin.

Fərşi çağırışın qanunsuz olması səbəbindən qeyd olunan yerə gəlməyəcəyini bildirib.

Azərbaycanlı fəalın kiber polisi tərəfindən hansı səbəbdən çağırılmasının səbəbləri barədə xəbərin yazıldığı vaxta qədər ətraflı məlumat yoxdur.

Qeyd edək ki, Əlirza Fərşi digər fəallarla yanaşı 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə Baharistan şəhərində həbs olunublar. Bu fəallar arasında Əkbər Azad, Əli Babalu, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi hər biri 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi sürgün cəzasına məhkum edilib, digər fəallar barəsində isə həbs qərarı verilmişdi.

Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü. O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …