Bazar , Noyabr 29 2026
azfa

Tramp Senatda müharibənin dayandırılması layihəsinin qəbulunu tənqid edib

GADTB: ABŞ prezidenti Donald Tramp Senatda müharibənin dayandırılması ilə bağlı layihənin qəbul edilməsinə münasibət bildirərək Truth Social platformasında paylaşım edib.

Tramp yazıb: “Mən İranı elə bir vəziyyətə gətirmişəm ki, təslim olmağa hazırdır və faktiki olaraq bizə hər şeyi verməyə razıdır.”

O əlavə edib: “Onilliklər ərzində ilk dəfədir ki, İran ABŞ-a və onun prezidentinə, yəni mənə böyük hörmət göstərir.”

Tramp daha sonra bildirib ki, dörd respublikaçı senator demokratlarla birlikdə layihənin lehinə səs verib və bunun İran tərəfinin də diqqətini çəkdiyini qeyd edib: “Dörd məğlub respublikaçı demokratlarla birlikdə səs verdi və İran bizim nümayəndələrimizdən soruşdu ki, bu səsvermə nə deməkdir.”

ABŞ prezidenti həmin senatorların onun işini çətinləşdirdiyini söyləsə də, prosesin nəticəyə çatacağını vurğulayıb: “Bu senatorlar mənim işimi daha çətinləşdiriblər, amma hər halda bu məsələni sona çatdıracağam, çünki mən həmişə işi tamamlayıram.”

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …