Ərdəbildə azərbaycanlı fəal, türk dili müəllimi Vahid Nurizadə vaxtsız vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı fəal, türk dili müəllimi Vahid Nurizadə Dərviş Ərdəbildə ürək tutmasından dünyasını dəyişib.

Dərviş adı ilə tanınan Vahid Nurizadə türk dili dərsləri təşkil etməklə, Füzuli və Nəsimi oxu dərnəklərini keçirməklə, minlərlə türkcə kitabları azərbaycanlı uşaq və gənclər arasında paylamaqla və başqa bu kimi fəaliyyətlərlə illər boyu Azərbaycan gəncliyinin oyanmasında, türk dilinin yaşadılmasında mühüm rol oynayıb.

Mərhum müəllim fəal 2025-cü il fevral 19-u, ana dili günü ərəfəsində vəfat edib. Ruhu şad olsun.

Ruhu şad olsun!

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …