Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycanda son bir ayda qadın edamları və qətllərində kəskin artım qeydə alınıb

GADTB: Hüquq müdafiə təşkilatları 2026-cı ilin may ayı ərzində Güney Azərbaycanda qadınlara qarşı zorakılığın artdığını bildirir.

 Verilən məlumatlara görə, struktur ayrı-seçkilik və yaşanan böhranlar səbəbindən qadınlar qeyri-sabitlik dövründə cəmiyyətin ən müdafiəsiz və həssas təbəqəsinə çevrilirlər.

 Hesabatda qeyd olunan hadisələr:

Əsma Zarei (28 yaş, Parsabad-Muğan): Həbs olunduğu zaman hamilə olub, övladını həbsxanada dünyaya gətirdikdən sonra edam edilib.

Əfsanə Zəndabad (19 yaş, Təbriz): Barəsində çıxarılan ölüm hökmü icra olunub.

Leyla Maqsudi (Şut): Ögey qardaşı tərəfindən balta ilə qətlə yetirilib.

Cana Səduyi (19 yaş, Xoy): Həyat yoldaşı tərəfindən öldürülüb.

Fatimə Babaxani (41 yaş, Təbriz): Boşanmaq istədiyini bildirdikdən sonra həyat yoldaşı tərəfindən avtomobillə vurularaq qətlə yetirilib./ Azad İran

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …