Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə azərbaycanlı gənc Ehsan Xudadadi barəsində edam hökmü çıxarılıb

GADTB: Təbriz İnqilab Məhkəməsi Ehsan Xudadadi barəsində “yer üzündə fəsad törətmək” ittihamı ilə edam hökmü çıxarıb.

Məlumata görə, hökm 25 xordad tarixində Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən verilib.

Ehsan Xudadadi Yüzbaşıkəndi kəndinin sakinidir. O, 1404-cü il 17 xordad tarixində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Yayılan məlumatlarda bildirilir ki, Ehsan Xudadadi aylarla davam edən istintaq prosesindən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Həmçinin onun istintaq dövründə dindirildiyi, işgəncələrə məruz qaldığı və məcburi etirafların alındığı deyilir.

Hazırda hökmün yekun hüquqi vəziyyəti və növbəti məhkəmə mərhələləri ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …