Ərdəbildə azərbaycanlı işçilər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbildə Savalan Elektrik Stansiyasının işçiləri əmək haqlarının verilməməsinə etiraz olaraq aksiya keçiriblər.

Elektrik stansiyasının qarşısına toplaşan işçilər müdiriyyətdən əmək haqlarının ödənilməsini və qanunla nəzərdə tutulmuş hüquqlarının təmin olunmasını tələb ediblər.

Ərdəbildə Savalan Elektrik Stansiyasının işçiləri bir neçə aydır əmək haqlarını ala bilmir və rəhbərliyin onları aldatdığını deyirlər.

Qeyd edək ki, son dövrlərdə işçi etirazları güclənib və iqtisadi tənəzzül işçiləri də çıxılmaz vəziyyətə salıb.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …