Şənbə , İyun 13 2026
azfa

Gündəlik Arxivlər: May 30, 2026

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü müdafiə sənayesi infrastrukturu ilə 2030-cu ilə qədər hava gücünü əhəmiyyətli dərəcədə artıracaq. Bildirilib ki, Ankara Afina ilə müqayisədə say üstünlüyünü qoruyub saxlayacaq və bölgədəki ən inkişaf etmiş hava qüvvələrindən birinə sahib olacaq. Təhlildə Türkiyənin əldə …

Ətraflı oxu »

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. Onun uzun sürən xəstəlik nəticəsində mayın 27-də Məşhəd şəhərində həyatını itirdiyi bildirilib. 1954-cü ildə Sarabda anadan olan Əhməd Əsgərpur (Peyam Sarablı), ilk və orta təhsilini orada başa vurmuş, həmin dövrdən Azərbaycan dili və mədəniyyəti sahəsində …

Ətraflı oxu »

Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur “Laçın” vəfat edib

GADTB: “Laçın” təxəllüsü ilə tanınan ədəbiyyat xadimi Qaşqay türk ədəbiyyatının tanınmış simalarından olan şair və tədqiqatçı İlyas Bəhrampur vəfat edib. “Qayı Nyus” bu barədə məlumat yayaraq bildirib ki, mərhum İlyas Bəhrampur türk dili və ədəbiyyatı sahəsində tanınmış və təsirli şəxsiyyətlərdən biri olub. O, uzun illər ərzində şeir, sözlərin mənşəyinin araşdırılması, …

Ətraflı oxu »

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar aparılacağı barədə xəbərdarlıq edib. Məlumata görə, əməliyyatlar boğazın ortasında yerləşən Omanın Musandam yarımadasının şimal hissəsini əhatə edəcək. CENTCOM Hörmüz boğazından keçən gəmilərə ABŞ qüvvələri ilə əməkdaşlıq etməyi tövsiyə edib və bölgədəki təhlükəsizlik vəziyyətinin diqqətlə izlənildiyini …

Ətraflı oxu »

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə dəqiqləşib. Çempionatın yarımçıq qalması və AFC-nin İran Futbol Federasiyasından qitə turnirlərində iştirak edəcək klubların siyahısını təcili şəkildə tələb etməsi vəziyyəti sürətləndirib. 40 gündən çoxdur müharibə şəraiti səbəbindən dayandırılan İran Pro Liqasında Təbriz təmsilçisi hazırkı vəziyyətə …

Ətraflı oxu »

Tramp iki saatlıq iclasdan sonra da Tehranla razılaşma barədə qərar verməyib

GADTB: ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki Vəziyyət Otağında İran İslam Respublikası ilə mümkün razılaşma mövzusunda keçirdiyi iclas təxminən iki saat davam etdikdən sonra başa çatıb. Lakin Tramp Tehranla yeni sazişin təsdiqlənməsi ilə bağlı yekun qərarını hələ açıqlamayıb. “Vaynet” nəşrinin “Nyu-York Tayms” qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyasının yüksək …

Ətraflı oxu »

Qazaxıstan İranın uran ehtiyatlarını qəbul etməyi təklif edir

GADTB: Qazaxıstan bəyan edib ki, əgər ABŞ və İran Tehranın nüvə proqramına dair razılığa gələrsə, İranın demək olar ki, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi “Financial Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Qazaxıstan prezidenti Tokayev Astanada …

Ətraflı oxu »

Bayburdi Urmiya gölünün şimal hissəsinə yüz milyonlarla ton duz daşınması ilə bağlı xəbərdarlıq edib

GADTB: Təbii ehtiyatlar üzrə tədqiqatçı və Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Təhsil Mərkəzinin keçmiş rəhbəri Əhməd Bayburdi yayımladığı infoqrafikada Urmiya gölündəki orta keçid körpüsü vasitəsilə duzun daşınmasının ekoloji nəticələri barədə xəbərdarlıq edib. Bayburdinin hesablamalarına görə, orta keçid körpüsünün altından keçən su axınları ilə təxminən 375 milyon …

Ətraflı oxu »