Cümə , Sentyabr 11 2026
azfa

Ərdəbildə azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB: İran Telekommunikasiya Şirkətinin Ərdəbil şəhərindəki təqaüdçüləri etiraz aksiyası keçiriblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etiraz ediblər.

Onlar həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …