Çərşənbə , Fevral 11 2026
azfa

Əsəd hakimiyyətdə qaldıqca Afrin Suriyaya verilməyəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bəşər Əsəd hakimiyyətdə qaldığı müddət ərzində Ankara Afrini Suriya hökumətinin nəzarətinə verməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əsəd hakimiyyətdən getməlidir. Siyasi həll prosesinə keçmək lazımdır. Biz Suriya ərazisinə iddialı deyilik. Afrinin rejimə təhvil verilməsi istisnadır. Bu torpaq Suriya ərazisidir, amma bizim təhlükəsizliklə bağlı öz narahatlıqlarımız var.

Afrin əməliyyatı başlayanda biz Rusiya ilə əlaqədə idik. Sövdələşmədən heç bir söhbət gedə bilməz. Orada Rusiyanın müşahidəçiləri var və biz onlardan buranı tərk etmələrini istədik ki, heç bir neqativ insident yaşanmasın. Onlar da getdilər. Biz əməliyyatda həmçinin Suriyanın hava məkanından da istifadə etdik”, – deyə o bildirib.

 

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın