Cümə , Sentyabr 11 2026
azfa

Əsgər Əkbərzadə 8 milyard tümən girov qarşılığında Ərdəbil həbsxanasından zaminə buraxılıb

GADTB: Azərbaycanlı fəal Əsgər Əkbərzadə təxminən iki aylıq həbsdən sonra 8 milyard tümən girov qarşılığında Ərdəbil Mərkəzi Həbsxanasından azad edilib.

Azərbaycanlı fəal 1405-ci il tir ayının 7-də “Siyamək Mirzəyi” və “Əli Vasiqi” ilə birlikdə molla rejimin qüvvələri tərəfindən saxlanılıb və dindirilmə mərhələləri başa çatdıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb.

Əkbərzadə son günlər səhhətinin pisləşməsi və bağırsaq tıxanıqlığından əziyyət çəkməsi səbəbilə Ərdəbilin Fatimi xəstəxanasına aparılıb və burada cərrahi əməliyyat keçirib. O, xəstəxanadan buraxıldıqdan sonra yenidən həbsxanaya qaytarılıb və nəhayət, 8 milyard tümən girovun təmin edilməsi ilə müvəqqəti olaraq azadlığa buraxılıb.

Azərbaycanlı fəalın işi Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun Həsən Kəriminin rəhbərlik etdiyi 10-cu İstintaq Şöbəsində araşdırılır. O, “qanunsuz qrupa üzvlük” və “rejim əleyhinə təbliğat” da daxil olmaqla bir sıra ittihamlarla üzləşir.

Əkbərzadə ilə birlikdə saxlanılan Siyamək Mirzəyi və Əli Vasiqinin işi ilə bağlı hüquqi vəziyyət isə hələ də müəyyənləşdirilməyib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …