Cümə axşamı , Oktyabr 29 2026
azfa

Ədən limanında İrandan husilərə göndərilən hərbi texnika müsadirə edildi

GADTB: Yəmənin cənubunda, Ədən şəhərinin təhlükəsizlik qüvvələri İrandan husilərə göndərilən 2500 ton hərbi texnikanın olduğu 58 konteyneri müsadirə edib. “Sky News Arabia” telekanalının məlumatına görə, bu konteynerlər “Ənsar Allah” (husilər) qruplaşması üçün nəzərdə tutulmuşdu.

Müsadirə edilən avadanlıqlar arasında raket buraxılış qurğuları, pilotsuz uçuş aparatları və onların istehsal müəssisələri, habelə, raket mühərrikləri və siqnalların ələ keçirilməsi üçün xüsusi avadanlıqlar var.

Yəmənin təhlükəsizlik rəsmiləri bu əməliyyatı “böyük təhlükəsizlik uğuru və husilərə ağır zərbə” adlandırıb. Dünya xəbərlərini fars dilində işıqlandıran “Mehtab News” saytı da bununla bağlı “X” hesabında paylaşım edərək konteynerlərin ələ keçirildiyini açıqlayıb. / Azad İran

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …