Cümə axşamı , Oktyabr 29 2026
azfa

İranın mərkəzində güclü təkanlar olub: molla rejimin nüvə sınağı keçirdiyi ehtimal edilir

GADTB: İsrail mediası yazıb ki, İran nüvə məkəzləri yaxınlığında nüvə sınağı keçirib.

Gecə ölkə daxilindəki yerlər üçün birinci səviyyəli NOTAM (silah hazırlığı/sınağı üçün silahlı qüvvələr tərəfindən) verilmişdi.Bu gün saat 00:05-də İsfahan əyalətinin Zəvare şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib. Nüvə sınağının keçirildiyi söylənilir.

Seysmik hadisənin episentri yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar paytaxt Tehran və Qum şəhərlərində də hiss olunub, lakin bu bölgələrdə təsiri daha zəif olub.

Zəlzələdən sonra 3,1 və 3 bal gücündə bir neçə afterşok da qeydə alınıb. Hadisə ilə bağlı əraziyə xilasedici qruplar göndərilib.

Yeraltı təkanlar nəticəsində dağıntılar və ya insan itkisi ilə bağlı hələlik məlumat yoxdur.

Həmçinin yoxlayın

Mərənddə yeraltı su səviyyəsi 22 metr aşağı düşüb, Şəbüstərin su ehtiyatları kəskin azalıb

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin su ehtiyatları üzrə əsas tədqiqatlar bölməsinin rəhbəri vilayətdə yeraltı …

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

GADTB: Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət …