Cümə , Dekabr 27 2024
azfa

Əhərdə azərbaycanlı siyasi məhbusların azadlığı tələbi ilə divarlara şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycanın Əhər şəhərində azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri və digər azərbaycanlı siyasi məhbusların azadlığı tələbi ilə divarlara şüarlar yazıldı.

Azərbaycanlı milli-mədəni fəallar geniş şəkildə divarlara şüarlar yazmaqla İbrahim Nuri və Güney Azərbaycanın rejimin zindanlarında həbsdə olan siyasi məhbuslarına azadlıq tələb etdilər.

Fəallar divarlara “İbrahim Nurini azad edin”, “azərbaycanlı siyasi məhbuslara özgürlük” və s. şüarlar yazmaqla bütün azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Molla rejimi Ərdəbildə “casusluq”da təqsirləndirdiyi bir nəfəri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin SEPAH-ının kəşfiyyat qüvvələri dünən Ərdəbildə …

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Bir cavab yazın