Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ərdəbil zindanına koronavirusun yayılması məhbusların həyatını təhlükəyə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərinin zindanında rejimin koronavirusu yayması azərbaycanlı siyasi məhbusların həyatını ciddi təhlükə qarşısında qoyub.  

Ərdəbil zindanının 1-ci və 6-cı bölmələrində həbsdə olan səkkiz məhbus koronavirus infeksiyası əlamətləri ilə zindanın klinikasına aparılıb. Onlardan ikisinin vəziyyəti ağır olsa da zindan məsulları xəstələri xəstəxanaya göndərməyə icazə verməyiblər. Onlar yenə həmin vəziyyətdə digər məhbusların yanına köçürülüblər.

Bundan öncə də bu zindanda koronavirusun yayılması səbəbindən bəzi məhbusların xəstəxanaya köçürüldüyü xəbəri yayılmışdı.

Qeyd edək ki, koronavirus infeksiyasının zindanlarda yayılması səbəbindən məhbusların müvəqqəti evə buraxılması tələb edilsə də rejim azərbaycanlı siyasi məhbusları zaminə buraxmır. Rejim hələ də Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə və digər azərbaycanlı məhbusları zaminə buraxmayıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın