Şənbə , Sentyabr 26 2026
azfa

Ərdəbildə azərbaycanlı fəallar həbs edilən Abbas Lisaniyə azadlıq tələb etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Ərdəbil şəhərində işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz həbs edilən tanınmış milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması tələb ilə şüarlar yazılıb.

Ərdəbil şəhərinin azərbaycanlı milli-mədəni fəalları divarlara bu məqsədlə şüarlar yazıblar. Şəhərin müxtəlif bölgələri “Biz hamımız Abbas Lisaniyik”, “Abbas Lisani azad olunsun”, “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Azərbaycan millətinin müdafiəçisini azad edin” və s. şüarlarla bəzədilib.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani 219-cu il yanvarın 15-də məhkəmə iclası bitdikdən sonra rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb. Hələlik fəaldan heç bir məlumat  yoxdur.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın