GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərindən olan azərbaycanlı milli fəal Milad Təhriri İran rejiminin Ərdəbildəki ETTELAAT İdarəsinə çağrılaraq, sorğu-suala tutulub.
Bir neçə gün bundan öncə ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı fəal bir neçə saat sorğu-suala tutulduqdan sonra zaminə buraxılıb.
Azərbaycanlı milli fəalın nə səbəbdən çağrılıb sorğu-suala tutulduğu barədə məlumat verilmir.