GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərinin mərkəzi küçələrindən birində yerləşən yerüstü piyada keçidinin üzərindən plakat asılıb.
Plakatın üzərində Azərbaycan Milli Hərəkatının “Müstəqillik qeyri-fars millətlərin yeganə qurtuluş yoludur. Ədalət, Azadlıq, Milli hökumət” şüarı yazılıb.
Qeyd edək ki, son zamanlar azərbaycanlı fəallar müstəqilliyin Azərbaycanın yeganı qurtuluş yolu olduğunu bildirərək “Ədalət, Azadlıq, Milli hökumət” şüarını öz istəkləri kimi gündəmə gətiriblər.