GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsində Qarasu çayı hələ də sənaye tullantılarına məruz qalır.
Çayın məcrasında yaranan rəng dəyişikliyi, qoxu və çöküntülər 210 km uzunluğunda olan bu su hövzəsinin yatağını çirkləndirib.
Məlumata görə, Qarasu çayının çirklənməsinin əsas səbəblərindən biri də Ərdəbilin ikinci sənaye şəhərciyindən çirkab suların və sənaye tullantılarının çaya axıdılmasıdır. Bu qəsəbədə gecə növbəsində işləyən fəhlələr əsasən Qarasu çayına atılan lil və sənaye tullantılarının iyindən şikayətlənirlər.
Bir neçə həftə əvvəl Namində prokuror Şahi demişdi:
Təəssüflər olsun ki, yağış yağmadığından Qarəsu çayının suyu qurumuş, çayda yeganə axan su sənaye zavodlarından və təmizləyici qurğulardan atılan çirkli tullantı sularıdır və daxil olan məlumatlara görə, çirklənmiş sulardan bəzən əkində də istifadə edilir.
Ərdəbildəki Qarasu çayı əsas məhsulları kartof, çuğundur və buğda olan Ərdəbil ətrafındakı 100-dən çox kəndi suyu ilə təmin edir.