Ərdəbildə şüarlar: “Siyasi məhbusların azadlığına səs verirəm”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində İran rejiminin seçkilərinə yox demək və Azərbaycan siyasi məhbuslarına dəstək məqsədilə divarlara şuarlar yazılıb.

Azərbaycanlı milli-mədəni fəallar mayın 29-da Ərdəbil şəhərinin divarlarında müxtəlif şüarlar yazaraq, İranın  prezident seçkiləri şousuna istehza edərək tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani başda olmaqla Güney Azərbaycandan olan siyasi məhbuslara azadlıqı tələb ediblər.

Bu məqsədlə azərbaycanlı fəallar divarlara aşağıdakı şuarları yazıblar:

“Azərbaycan xalqının seçilmiş nümayəndəsi həbsxanadadır.”

 “Mən Abbas Lisaninin azadlığına səs verirəm”

“Mən siyasi məhbusların azadlıq haqqına səs verirəm”

“Səsim Abbas Lisaniyə”

İrqçi fars rejimin inhisarçı idarəetmə sistemi, İranda azərbaycanlı və başqa etniklərdən olan fəalların siyasi və mədəni fəaliyyətdlərinə yaradılan ciddi məhdudiyyətlər, çox sayda fəalın siyasi baxışlarına görə həbs edilmələri üzündən prezident seçkiləri öz önəmini itirib. Hakimiyyət bu seçki təbliğatı və oyunundan yalnız legitimlik qazanmaq uğrunda bir vasitə kimi istifadə etməyə çalışır.

Qeyd edək ki, həbsdə olan azərbaycanlı siyasi məhbuslardan biri tanınmış fəal Abbas Lisanidir. Azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra fəalın rejimin təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi, oradan isə rejimin Ərdəbildəki Mərkəzi Zindanına köçürüldüyü məlum olmuşdur.

Daha sonra rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu şərləyərək “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum etdi.

Daha sonra isə irqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırdı. Məhkəmə qərarı Abbas Lisani və onun vəkilinə açıqlanıb.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi bug ün, oktyabrın 1-də azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırıb. Halbuki, tanınmış azərbaycanlı fəal ilkin instansiya məhkəməsində 8 il həbsə, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı.

Apellyasiya Məhkəməsi bundan əvvəl məhkəmənin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.

Azərbaycanlı fəal həmçinin rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsində 1 il həbs cəzasına məhkum edilib. Bununla da fəal heç bir günahı olmadan ümumilikdə 16 il həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə cəzasına məhkum edilib.

Azərbaycanlı fəalın məhkəmə iclası rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsində hakim Nasir Ətəbatinin sədrliyi və müşavirlər Bilal Muzəffəri və Mərhəmət Şahbazzadənin iştirakı ilə 16 sentyabr 2019-cu ildə keçirilmişdi. Halbuki, Nasir Ətəbati daha əvvəl Ərdəbildə rejimin prokuroru qismində Abbas Lisaniyə qarşı iddianamə irəli sürmüşdü.

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin milli hüquqları uğrunda mədəni mübarizə aparır. O sonuncu dəfə cari il iyulun 2-də hər il təşkil olunan Babək Qalası Qurultayı öncəsi daha üç fəalla birlikdə Ərdəbildə rejimin təhlükəsizlik qüvvələri tərəfindən heç bir günahı olmadan yaxalanıb, iyulun 11-də 50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Bu günə kimi müxtəlif beynəlxalq insan haqları təşkilatları İran hökumətini A.Lisaniyə qarşı irəli sürülmüş ittihamlara, ədalətsiz məhkəmə qərarına və ona qarşı göstərilən təzyiqlərə son verməyə çağırıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …