Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ərdəbildə yeni doğulan körpələrə daha çox türk adları verilir

GADTB: Güney Azərbaycanda yeni doğulan körpələrə türk adlarının verilməsi halları artıb.

Ərdəbil əyalətində rejimin Vətədndaş Vəziyyətlrinin Qeydiyyatı İdarəsinin rəisi Vəhid Xülusi deyib ki, Əli, Məhəmməd və Əmir əvəzinə yeni doğulan oğlan uşaqlarına daha çox Ayhan, Arkan, Əlisan adları qoyulur.

Onun sözlərinə görə, Ərədbildə körpələrə türk adlarının seçilməsi təəccüb doğurur.

Vəhid Xülusi qeyd edib ki, ötən illərdə qızlara daha çox Fatimə, Zəhra, Məryəm və bir sıra İslama uyğun adlar seçilirdisə, bu gün valideynlərin bir çoxu qızlarına Mahlin, Nisan kimi adlar verirlər və sözügedən idarə də onları qeydiyyata almağa məcbur olur.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …