Şənbə , Oktyabr 24 2026
azfa

Ərdəbildən Azərbaycan adını götürən rejimin yalan iddiaları ifşa olub

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə artıq İran mətbuatında da rejimin Ərdəbili vilayət edib, Azərbaycan adını bu bölgədən götürməsi heç bir müsbət nəticə verməyib. “Təsnim” xəbər agentliyində dərc edilən materialda yazılıb ki, Ərdəbil 24 ildir vilayət olub və 9 vali təyin edilib, lakin vilayət əhalisinin tələbləri olduğu kimi qalır və həyata keçirilməyib. Ərdəbildə proyektlərin həyata keçməsi əhali üçün artıq bir arzu kimi qalmaqdadır.

Məqalədə həmçinin yazılıb ki, Ərdəbil vilayəti turizm, kənd təsərrüfatı, sənaye və mədən sahəsində böyük potensiala malik olsa da, vilayətin inkişafı istiqamətində bu imkanlardan istifadə edilməyib. Bu 24 ildə vilayətə 8 vali təyin edilsə də əhalinin tələbləri həyata keçməyib.

Qeyd edək ki, uzun illərdir Ərdəbildə dəmir yolunun tikintisi başlanıb, lakin icrası uzun müddətdir dayandırılıb. Başqa sahələrdə də Ərdəbil vilayəti başqa Azərbaycan vilayətləri kimi qəsdən geri saxlanılıb. Bundan məqsəd isə türk gənclərin fars vilayətlərinə axışmasına və Azərbaycan türklərinin farslaşmasına səbəb olmuşdur.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …