Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyənin “Fatih” kəşfiyyat-qazma gəmisi Türkali-7 quyusunda qazma işlərinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz sosial media hesabında “Məqsədə addım-addım”  başlığı ilə  paylaşdığı  açıqlamada Türkiyənin “Fatih” kəşfiyyat-qazma gəmisinin Türkali-7 quyusunda qazma işlərinə başladığından danışıb.

Nazir Dönməz: “Fatih kəşfiyyat-axtarış qazma gəmimiz Türkali-7 qusunda qazma işlərinə başladı.  Bu sahədə  atdığımız addımlarla 2023-cü il hədəflərinə  daha çox yaxınlaşırıq. Sözügedən tarixdə Anadolunun təbii qaz ehtiyacını  Qara dənizdən təmin  ediləcək”.

Xatırladaq ki, “Fatih” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə cəmi 540 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edib. Qara dəniz təbii qazının 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. 

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …