Cümə , Aprel 26 2024
azfa

Fars rejiminin Sepaha bağlı saytı qəsdən Heyran gədiyi adını təhrif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi tarixi Azərbaycan ərazisini müxtəlif vilayətlərə paylayaşdıranda, Azərbaycan şəhərləri Astara, Həşpər, Ənzəli və s. əraziləri də Gilan vilayətinə birləşdirib. İndi isə Ərdəbil vilayətinin inzibati ərazi bölgüsünə daxil olan tarixi və əzəli Azərbaycan ərazisi – Heyran gədiyini Gilan vilayətinə birləşdirməyə cəhd davam etməkdədir.

Sepah-a bağlı “Mehr” Xəbər Agentliyi qərəzli şəkildə Ərdəbilin Heyran yüksəkliklərini “Astara Heyranı” adlandırıb. “Mehr” Xəbər Agentliyi yanvar ayının 17-də Heyran gədiyininin gözəlliyindən yazmaq bəhanəsi ilə irqçi fars rejiminin daha bir Azərbaycan ərazisinin Gilana ilhaqına zəmin yaratmağa çalışıb. Sepah-a bağlı Xəbər Agentliyi “Heyran gədiyi” haqqında yazıb ki, “Heyran gədiyi Gilan vilayətinin sərhəd bölgəsində yerləşən Astara şəhərinin ərazisində yerləşir”. Bu isə açıq yalandır və Azərbaycanın ərazisini yenidən parçalamağa hesablanıb.

Qeyd edək ki, bir neçə ay öncədən Heyran gədiyinin Gilan vilayətinə verilməsi məsələsi gündəmə gətiriləndən sonra, İran adlanan ölkənin rəsmi xəbər agentliyi olan İRNA da Heyran gədiyinin hava durumunu açıqlayarkən, saxta “Astara Heyranı” terminindən istifadə etmişdi. Bu isə irqçi fars rejiminin Azərbaycana qarşı bu ərazidə növbəti düşmənçilik planının başlandığını göstərir.

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Bir cavab yazın