Çərşənbə , Noyabr 25 2026
azfa

Bayden İran məsələsini müzakirə etmək üçün müşavirini İsrailə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bayden İranın dünya üçün təhlükə törədən nüvə məsələsini müzakirə etmək üçün müşavirini İsrailə göndərir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu məqsədlə gələn həftə İsrailə səfər edəcək.

Bu barədə “Axios” nəşri məlumat yayıb.

Sallivanın İsrail Baş naziri Naftali Bennett, xarici işlər naziri Yair Lapid və müdafiə naziri Benni Qantzla görüşü gözlənilir.

İsrail rəsmiləri Sallivanın Ramallahda da fələstinli nümayəndələrlə görüşəcəyini bildiriblər.

Həmçinin yoxlayın

İraqdan İrana neft qaçaqmalçılığı şəbəkəsi ifşa edildi: neft gəlirləri Tehrana bağlı qrupların silahlandırılmasına yönəldilir

GADTB: “Əl-Ərəbiyyə”nin mənbələri İraq neftinin qaçaqmalçılığı ilə bağlı araşdırmaların genişləndirildiyini bildirərək, İran İslam Respublikasına yaxın …

Tikantəpənin (Tikab) Zərəşuran qızıl mədəninin dövlət borcları müqabilində Şəstaya verilməsi narahatlıq doğurur

GADTB: Tikantəpənin Zərəşuran qızıl mədəninin və emal zavodunun dövlət borclarının bir hissəsinin əvəzi olaraq Sosial …