Cümə , Aprel 26 2024
azfa

100 il əvvəlki erməni qəzetləri ermənilər haqqında – Nəsiman Yaqublunun araşdırması

GADTB: Bakıda nəşr edilən  “İqbal” qəzetinin  1914-cü il 10 noyabr tarixli sayında(N 786) M.Ə.Rəsulzadənin bir məqaləsi çap olunub: “Erməni məsələsi ətrafında”. Məqalə bu sözlərlə başlayır:”Türkiyə ilə müharibə başlayandan bəri artıq erməni məsələsinin həlli zamanı gəldiyinə bütün Rusiya qənaət gətirmişdir.Rus ordusu ümumən və Qafqasiya qoşunları xüsusən öhdeyi-rəşadətlərinə almış olduqları vəzifəni müzəffərən  ifa edəcəklər. Müqəddaratını Almaniyaya bağlamaq zorunda olan Türkiyə əsrlərdən bəri qeyri münhəl qalmış olan Şərq məsələsinin etilafi- müsəlləs və bilxassə Rusiyanın istədiyi kimi həll olunacağına tabe olacaqdır. Budur Rusiya mətbuatına hakim olan bu fikir və təsəvvür”.

Maraqlıdır ki, ermənilərin necə bir dövlət quracağı məsələsinə Rusiya mətbuatında qətiyyən toxunulmur və sanki Rusiyanın  yeni bir bölgəsinin yaradılmasından qeydlər edilir.Rusiya mətbuatının ermənilərə qarşı olan bu həqarətli münasibəti həmin dövrdə bəzi erməni  mətbuatını hərəkətə keçirmiş və müəyyən yazılar da çap olunmuşdu.Yəni istiqlal uğrunda mübarizə aparmayan və yaxud apara bilməyən ermənilərə Rusiya hansı ölçülərdə  “sərbəstlik” verəcək? Və əgər belədirsə onda niyə Rusiya yazarları və siyasiləri bu haqda heç nə demir? Bəzi ermənilər bu situasiyanı görək necə izah edirdilər?

Bu məsələyə ilk reaksiya göstərən ermənilərin “Arev” qəzeti olub.Qəzet “erməni məsələsi”nin həllində ermənilərin rəyinin nəzərə alınmamasından narahat olur və rus mətbuatının ermənilərə etinasız yanaşdığından şikayətlər qoparır. Qəzet yazırdı ki, hər şeydən əvvəl erməni xalqının da bir rəyini soruşsunlar.Niyə  bizim rəyimizlə maraqlanmırlar? Kimsənin haqqı yoxdur ki erməni xalqının adından vəkillik etsin.

(Qeyd:Bu faktlar sübut edir ki, ermənilər həqiqətən böyük dövlətlərin əlində oyuncaq olub və istifadə edilib).

“Arev” yazırdı:”Bizi öz halımıza buraxıb da tərəzinin bu,yaxud o gözünə atmasınlar”.

Bu məsələ ilə bağlı ermənilərə yaxın olan “Baku” qəzetində  erməni millətindən olan Qara Mirza adlı bir müəllifin də məktubu çap olunur.Qara Mirzə yazır ki, erməni məsələsinin və ermənilərin sərbəstliyinin hansı nəzəriyyəyə dayanması yox. Kimin arxamızda dayanıb bizi dəstəkləməsi vacibdir.Hətta o, bu məsələdə Rusiyanınmülahizələrinin bu günə qədər nəzərə alındığını yanlış hesab etmişdir.

Ermənilərin məşhur “Mşaq” qəzeti isə bu mövqeyi müdafiə edirdi:”Erməni milləti Rusiya himayəsində muxtariyyət əsaslarına dayanan bir istiqlala malik olmasını arzu etsin”.

Erməni qəzetlərinin bu mövqeyindən göründüyü kimi onlar xalqın istiqlal və azadlıq uğrunda mübarizə aparmasına yox, hansı dövlətinsə himayəsi altında yaşamağa önəm verirlər.

Yüz il əvvəlki erməni qəzetlərini öyrəndikcə  yüz il sonrakı ermənilər haqqında dolğun və obyektiv bilgilər əldə etmək mümkün olur..

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …