Çərşənbə , Oktyabr 28 2026
azfa

Amerika 4 ETTELAAT məmuruna sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Nyu-Yorkda yaşayan qadın jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdırmaqda günahlandırılan İran ETTELAAT-nın 4 əməkdaşına qarşı sanksiya tətbiq edilib.

Bu barədə sentyabrın 3-də ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, ETTELAAT məmurları olan 50 yaşlı Əlirza Şəhvaruqi Fərahani, 42 yaşlı Mahmud Xazeyin, 35 yaşlı Kiya Sadeqi və 45 yaşlı Ümid Nuri əvvəlcədən hazırlanan plana əsasən, qadın jurnalisti Nyu-Yorkdan oğurlayaraq İrana qaytarmağa cəhd ediblər.

“Adları çəkilən həmin şəxslər Amerika vətəndaşı olan jurnalist Məsih Əlinejadı və xaricdə yaşayan İran hakimiyyətinin bir sıra müxaliflərini susdurmağa çalışıblar.

Amerikanın Maliyyə Nazirliyinin sanksiyasına məruz qalan həmin şəxslərdən biri, yəni Əlirza Şəhvaruqi Fərahani İran ETTELAAT-nın yüksək vzifəli məmurlarından biri olaraq, jurnalist Məsih Əlineladın oğurlanması planını hazırlayan şəbəkəyə başçılıq edib.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …