Bazar , Oktyabr 25 2026
azfa

100 ziyalı Xamneinin koronavirusu ölkədə milli faciəyə çevridiyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 100 ziyalı və fəal ölkədə Çin koronavirusun milli faciəyə çevrilməsində Əli Xameneini günahlandırıblar.

Ziyalılar həmçinin Həsən Ruhanini də koronavirus böhranını gizlətməkdə Xamenei ilə ortaq hərəkət etdiyinə də vurğulayıblar.

Onların bəyanatının bir hissəsində deyilir: “Ölkədə Çin koronavirusunun milli faciəyə çevrilməsinə birbaşa Əli Xamenei səbəb olmuşdur. Dövlət və təhlükəsizlik qüvvələrinin əhalinin məclis seçkilərində və 11 fevral mitinqinə qatılmalarını təmin etmək üçün koronavirusun yayılmasını gizlətməsi İranda əhalini təhlükəli virusun qarşısını almaq üçün “qızıl fürsət”dən məhrum edib”.

Ziyalılar və fəallar Əli Xameneinin “bioloji hücum” və “düşmən sırasındakı əcinnə” ilə bağlı sayaqlamaları, eləcə də “Sərhədsiz həkimlər”in fəaliyyətinə mane olmasına toxunaraq deyiblər: “Hər bir vətəndaşın sağlığı və həyatı Xamenei, onun müşavirləri və rejimin təhlükəsizlik qüvvələri tərəfindən girov götürülüb. Xameneiyə tabe dövlət də bu siyasətin icraçısına çevrilib”

Ziyalılar sonda “Nə üçün İran Milli İnkişaf Xəzinəsinin pulları Qüds Qüvvələrinə xərclənməli, insanların həyati əhəmiyyətli sağlamlığına sərf edilməməlidir? Niyə Xameneinin nəzarətindəki iqtisadi qurumların sərmayəsi koronavirusla mübarizəyə xərclənmir?” sualını veriblər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın