Cümə axşamı , Oktyabr 29 2026
azfa

20 minlik türk ordusu hücuma hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir.

bu barədə ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Əbu Faysal deyib.

Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, – deyə o vurğulayıb.

 

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın