GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə artıq İran mətbuatında da rejimin Ərdəbili vilayət edib, Azərbaycan adını bu bölgədən götürməsi heç bir müsbət nəticə verməyib. “Təsnim” xəbər agentliyində dərc edilən materialda yazılıb ki, Ərdəbil 24 ildir vilayət olub və 9 vali təyin edilib, lakin vilayət əhalisinin tələbləri olduğu kimi qalır …
Ətraflı oxu »Aylıq Arxivlər: Noyabr 2017
İran rejimi kürd terrorçularına qarşı şüar səsləndirən Azərbaycan türklərini də yaxalayır
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, kürd terror təşkilatı olan PJAK-ın bir neçə gün əvvəl Çaldıran bölgəsində 8 türk sərhədçini şəhid etməsi ilə bağlı Xoy şəhərində keçirilən dəfn mərasimində milli fəallar şüar səsləndiriblər. Kürd terrorizmi əleyhinə şüar səsləndirmə də İran rejiminin xoşuna gəlməmiş və azərbaycanlı milli-mədəni fəalları yaxalamışdır.
Ətraflı oxu »Urmiya Universitetinin öyrənci və müəllimləri Urmiya gölünün qurtarılmasını tələb edir
GADTB-nin mətbuat mərkəzinin “Təsnim” xəbər agentliyinin saytına istinadən yaydığı məlumata görə, Urmiya universitetinin öyrənci və müəllimləri Urmiya gölünün qurtarılması tələbi ilə imza toplayıblar. Urmiya Universitetinin Su Mühəndisliyi Elmi Cəmiyyətinin katibi Məhəmməd Kuhani bu barədə deyib:
Ətraflı oxu »Əhər bağçıları da məhsullarını sata bilmədikləri üçün yol kənarına tökür
GADTB-nin mətbuat mərkəzinin yaydığı məlumata görə, İran rejiminin ayrı-seçkilik siyasəti, eləcə də bağçılıq məhsulları sahəsində mafiyanın yaradılmasına şərait yaratdığı üçün Güney Azərbaycanın müxtəlif bölgələrində bağçılar öz məhsullarını, xüsusilə alma məhsullarını sata bilmədikləri üçün yol kənarlarına tökürlər. Məlumata görə, Meşginşəhr, Marağa, Urmiya və digər bir neçə şəhərdə bəzi bağçılar meyvə ağaclarını …
Ətraflı oxu »Müəllimlər Rəsul Budaqi ilə bağlı Ruhaniyə müraciət edib
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, bir qrup müəllim və mədəni fəal İran adlanan ölkənin prezidenti Həsən Ruhaniyə müraciət edərək, sinfi fəaliyyətlərinə görə bir neçə il həbsdə saxlanılan Rəsul Budaqinin öz işinə qayıtmasına şərait yaradılmasını istəyiblər.
Ətraflı oxu »Tramp İranın Səudiyyə Ərəbistanına raket atdığını iddia edib
GADTB-nin mətbuat mərkəzinin xarici mətbuata istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib. Tramp deyib: “Mənim fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bu barədə bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub”.
Ətraflı oxu »Ərdəbildə işsizlik qəbuledilməz səviyyədədir
GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə Ərdəbil, Nir, Nəmin və Səreyinin İran adlanan ölkənin məclisindəki millət vəkili Məhəmməd Feyzi bu barədə açıqlama verib. O Ərdəbildə işsizliyin yüksək səviyyədə olduğuna toxunaraq, bu vilayətin məşğulluq planına ehtiyacının olduğunu və onsuz hər idarənin özü bildiyi kimi hərəkət etdiyini qeyd edib.
Ətraflı oxu »Urmiya gölü dövlətin 40 illik müdaxiləsi nəticəsində quruyub
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Qoşaçay, Sayınqala və Tikantəpənin İran adlanan ölkənin məclisindəki millət vəkili Humayun Haşimi Urmu gölünün qurudulması ilə bağlı belə açıqlama verib. O deyib: “Şübhəsiz Urmiya gölünün bu günkü vəziyyəti keçən 40 ildə məsuliyyətsiz müdaxilələr və qərarların nəticəsidir.
Ətraflı oxu »İran rejimi azərbaycanlı sərhədçilərin kürd terrorçular tərəfindən şəhid edilməsini gizlədir
GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, cuma günü noyabr ayının 3-də PJAK kürd terrorçularının hücumu nəticəsində Qərbi azərbaycan vilayətinin Babanur məntəqəsində Çaldıran sərhəd polkuna hücumu nəticəsində 8 nəfər Azərbaycan türkü şəhid olub.
Ətraflı oxu »BMT vətəndaşlığı olmayan milyonlarla insanın hüquqları ilə bağlı dövlətlərə çağırış edib
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vətəndaşlığı olmayan şəxslərin sayının azaldılmasına dair 10 illik kampaniyanın 3-cü ildönümü münasibətilə vətəndaşlığı olmayan, ayrı-seçkilik və təqib edilmələrə məruz qalan milyonlarla insanın əsas vətəndaşlıq hüququnun təmin edilməsi üçün dövlətlərə çağırış edib. Çağırış BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi