Cümə axşamı , Aprel 25 2024
azfa

Aylıq Arxivlər: May 2021

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə bağlı bildirişi

GADTB: 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulmuşdur. Beləliklə, 28 May Azərbaycanın müasir dövlətçilik tarixində Azərbaycan türk millətinin şanlı tarixinə qızıl bir səhifə kimi düşmüşdür. Azərbaycan türk milləti tarix boyu böyük imperatorluqlar qursa da, müasir dövrdə sırf Məhəmməd Əmin Rəsulzadənin səyi ilə modern və demokratik Azərbaycan Cümhuriyyətini qurmuşdur. …

Ətraflı oxu »

Gəncə üsyani: Qanla yazilmiş şərəf tariximiz

GADTB: 1920-ci il may ayının 25-dən 26-na keçən gecə Azərbaycanın qədim Gəncə şəhərində sovet işğalına qarşı böyük xalq üsyanı baş vermişdir. Artıq həmin şanlı tarixdən 101 il ötür. Gəncə üsyanı Azərbaycan xalqının öz azadlığı, milli, dini və mədəni dəyərləri uğrunda mübarizə salnaməsinin ən parlaq səhifələrindəndir. Cəmi 5-8 gün davam edən …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar Urmiya zindanının gənclər bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünü pislədiyinə görə Güney Azərbaycanın Urmiya şəhərində irqçi fars rejim tərəfindən həbs edilən azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar yaxınları ilə qısa telefon əlaqəsində zindanın karantin bölümündən gənclər bölməsinə köçürüldüyünü bildirib. Azərbaycanlı fəal mayın 19-da öncədən bildirilmədən həbsxananın karantin bölməsinə …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Səccad Şəhiri azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı siyasi məhbus Səccad Şəhiri mayın 25-də Sulduz zindanından azadlığa buraxılıb. Fəal İran Məhkəmə Sisteminin 6 aydan az məhkumluğu olanlar barədə yeni sərəncamına uyğun olaraq azadlığa buraxılıb. Qeyd edək ki, Səccad Şəhiri aprelin 3-də məhkəmə qərarlarının icrası şöbəsinə …

Ətraflı oxu »

Ermənistan Şuşa istiqamətində atəşkəsi pozdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya …

Ətraflı oxu »

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani müalicə olunmadan zindana qaytarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani mayın 25-i səhər saatlarında kəskin bel və diz ağrıları üzündən 12 məmurun müşayiəti ilə Ərdəbil şəhərinin Fatimi xəstəxanasına köçürülmüşdü. Abbas Lisani həmin xəstəxanada müayinə edilib, ona ağrı kəsici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRT-ə ehtiyac olduğu …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Sulduzda May qiyamının şəhidləri andılar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı milli-mədəni fəallar May qiyamında şəhidlərini anıblar. Bu məqsədlə çox sayda azərbaycanlı milli-mədəni fəal və Azərbaycan şəhidlərinin yaxınları Tehran rejiminin silahlı qüvvələri tərəfindən şəhid edilmiş fəalların məzarı başına toplaşıblar. Bir neçə gün öncədən isə itqçi fars rejimin ETTELAAT …

Ətraflı oxu »

Xankəndidəki ermənilərin qondarma abidəsi söküldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xankəndidə qoyulmuş “artsaxın açarı” adlı qondarma abidə bu gün sökülüb. Bu barədə Xankəndidəki separatçılar məlumat yayıb. “Son günlərdə “Biz və bizim dağlar” kompleksinin ərazisində ucaldılmış abidə ziddiyyətli fikirlər və ictimaiyyətin birmənalı olmayan münasibəti nəzərə alınaraq söküldü”, – məlumatda qeyd olunub. Qeyd edək ki, …

Ətraflı oxu »

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb”. …

Ətraflı oxu »

Türkiyə Egey və Aralıq dənizlərində genişmiqyaslı hərbi təlimə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Hərbi Dəniz Qüvvələri mayın 25-də Egey və Aralıq dənizinin şərqində geniş tərkibli “Dəniz canavarı-2021” (Denizkurdu-2021) adı altında hərbi təlimlərə başlayıb. Təlimdə 25 500 şəxsi heyət, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 pilotsuz uçuş aparatı iştirak edir. Bu …

Ətraflı oxu »