Gündəlik Arxivlər: Fevral 25, 2022

İran rejiminin həbs etdiyi Məhəmməd Eynidən heç bir məlumatın olmaması ciddi narahatlıq doğurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanlı milli-mədəni fəallar ssosial mediada paylaşım edərək azərbaycanlı milli fəal Məhəmməd Eyninin durumundan xəbərsiz olduqları üçün onun taleindən nigəran olduqlarını yazıblar. Fəallar Eyninin qanunsuz həbsinin gündəmdə saxlanılmasını, onun barəsində ailəsi və yaxınlarına məlumat verilməsi üçün ictimai şəbəkələrdə fəallıq göstərilməsinin vacibliyini qeyd ediblər. …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımının ildönümü ilə bağlı bildirişi

GADTB: Bu gün Ukraynanı işğal edərək, sivil insanları öldürən, tanklarla insanların üstündən keçən rus ordusu, rus imperalizmi bütün dünyaya iç üzünü nümayiş etdirir. Biz bir millət olaraq onların bu vəhşi, qaniçən siyasəti ilə 200 ildən çoxdur ki, tanışıq. Rusiyanın bölgəmizə ayağının açıldığı gündən Azərbaycan Türk Millətinin başına gətirilən bəlalar və …

Ətraflı oxu »

Prezident Ərdoğan NATO-nun qətiyyətsiz olmasını tənqid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı Avropa İttifaqı, eləcə də bütün Qərb ölkələrinin təəssüf ki, ciddi və qətiyyətli mövqe tuta bilmədiyini söyləyib. İstanbulda məsciddən çıxışı zamanı açıqlama verən dövlət başçısı Ərdoğanın gündəmində Rusiyanın Ukraynada təşkil etdiyi hərbi əməliyyat olub. Türkiyənin indiyədək NATO-nun …

Ətraflı oxu »

Ukrayna təcavüzkar Rusiyanın daha 20 tankını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Quru Qoşunları bildiri ki, Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb. Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru …

Ətraflı oxu »

İran Rusiyanın müstəmləkəsi kimi Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Rusiyanın müstəmləkəsi kimi Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib. İran müxtəlif dövlət saytları hətta xəbərlər təhrif edilmiş formada təqdim edirlər. Onlar elə göstərirlər ki, guya Rusiya Ukraynanın hərbi təcavüzünə məruz qalıb. İranın qatil prezidenti İbrahim Rəisi isə ağası Putinlə telefonla danışarkən Rusiyanın Ukraynaya …

Ətraflı oxu »

ABŞ-da “Xocalıya ədalət” kampaniyası çərçivəsində aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Nyu-York ştatında, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” (Justice for Khojaly) kampaniyası çərçivəsində aksiya keçirilib. İcazəli aksiya Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnlinin təşkilatçılığı ilə baş tutub. Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni …

Ətraflı oxu »

Ana dilinə görə İranın həbs etdiyi Tohid Əmirəminin həbsindən 3 il keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ana dili uğrunda mədəni fəaliyyətinə görə İranın həbs etdiyi Tohid Əmirəminin həbsindən 3 il keçir. Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə posterlər yaydığı üçün yaxalanıb və qondarma ittihamlarla uzun müddətli həbsə məhkum edilib. Hazırda o həbsinin 3-cü ilini zindanda keçirməkdədir. …

Ətraflı oxu »

Ukrayna Rusiyanın 800 hərbçisini öldürdüyünü və rusların hücumnu dəf etdiyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ukraynadakı hərbi əməliyyatların ilk günüdə 30-dan artıq tank, 130-a yaxın zirehli maşın, 7 hərbi təyyarə, 6 helikopter, 800 hərbçi itrib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı feysbuk səhifəsndə yazıb. Onun sözlərinə görə, müharibənin birinci günü Rusiya 203 dəfə Ukraynaya hücum …

Ətraflı oxu »